Rasim Balayev əməliyyat olunacaq

Azərbaycanın xalq artisti, sevilən aktyor Rasim Balayev yaxın günlərdə gözündən əməliyyat olunacaq. SİA-nın məlumatına görə, aktyor "Sübhün səfiri" filminin çəkilişlərində sağ gözündə problem olduğunu hiss edib. Gözünə mirvari suyunun gəldiyini açıqlayan aktyor bildirir ki, bir gözü demək olar ki, görmür.

Həkimin məsləhətinə qulaq asan xalq artisti bildirir ki, narahatlıq üçün böyük əsas yoxdur. Əməliyyat 15 dəqiqə çəkəcək.

Allah şəfa versin!

Bütün xəbərlər Facebook səhifəmizdə