Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrini gücləndirmək, yaradıcı və texniki heyətin peşəkarlıq səviyyəsini yüksəltmək üçün bir sıra yeni layihələr həyata keçirməkdədir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu layihələrin davamı olaraq, gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dünya teatrları ilə səmərəli yaradıcılıq mübadiləsinin təşkili məqsədi ilə bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq sexinin müdiri Rafael Həsənov, radio sexinin müdiri Həmid Kazımzadə və butaforçu-dekorçu Samirə Həsənova 6-20 dekabrda Moskvaya şəhərinə ezam olunacaqlar.
Akademik Milli Dram Teatrını təmsil edən qrup ezamiyyət müddətində Bolşoy Teatrda və Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında texniki heyətin işinin təşkili, tamaşanın istehsalında yeni texnika və texnologiyalardan istifadə üsulları ilə tanış olacaq, eyni zamanda öz təcrübələri ilə bölüşəcəklər. Bu gün həm Bolşoy Teatr, həm də Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının maddi-texniki təminatı, müasir texnologiyalarla təchiz olunması baxımından ciddi fərqlər yoxdur. Bu mənada, teatrımızın texniki heyəti ilə, Bolşoy Teatr və Vaxtanqov adına Teatrın texniki heyəti arasındakı yaradıcılıq mübadiləsinin hər iki tərəf üçün səmərəli olacağı şəksizdir.
Qeyd etmək lazımdır ki, bu yaradıcılıq mübadiləsi geniş və uzunmüddətli bir layihənin başlanğıcıdır və sonralar da Moskva və Bakı teatrları arasında həm bədii-yaradıcı, həm də texniki məsələlərlə bağlı birgə layihələrin keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB