Qubanın 2012-ci ildə Azərbaycanın "Sənətkarlıq Paytaxtı" elan edilməsi ilə əlaqədar il ərzində təşkil olunan mədəni kütləvi tədbirlərə yekun vurulub. "Quba Sənətkarlıq Paytaxtı 2012" layihəsinin yekunu ilə əlaqədar respublikada fəaliyyət göstərən aparıcı KİV nümayəndələrinin iştirakı ilə info-tur keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramına əsasən Quba 2012-ci ildə Azərbaycanın Sənətkarlıq Paytaxttı elan olunub. Layihə çərçivəsində rayonda bir sıra mədəni-kütləvi tədbirlər təşkil edilib. Layihənin yekunu ilə əlaqədar respublikada fəaliyyət göstərən bir sıra KİV nümayəndələrinin,eləcə də müvafiq qurumların və yerli sənətkarların iştirakı ilə Qubada info-tur keçirilib.
Mətbuat konfransında qeyd olunub ki, milli folklor ustaları və kollektivlərin, sənətkarların, adət və ənənələrin, eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, turizmin inkişaf etdirilməsi baxımından bu layihə xüsusi əhəmiyyət kəsb edir.
Qubanın 2012-ci il üçün respublikamızın Sənətkarlıq Paytaxtı elan edilməsi ilə əlaqədar unudulmaqda olan sənət növblərinin yenidən inkişafına təkan verilib,toxuculuq məhsullarının istehsalında 30% artım qeydə alınıb.
İl ərzində təşkil olunan mədəni-kütləvi tədbirlər turistlərin Qubaya olan marağını artırıb.
Tədbir iştirakçıları yerli sənətkarlarla görüşdülər, qubalı ustaların fəaliyyəti ilə yaxından tanış oldular. Media nümayəndələri həmçinin soyqırım məzarlığını ziyarət etdi, Qubanın tarixi və müasir mədəni inkişafı bağlı məlumatlar əldə etdilər.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB