Bu gün Atatürk Mərkəzində Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Tariel Qasımovun "İnam" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, poema janrında qələmə alınan əsər Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə və onun anadan olmasının 90 illiyinə həsr olunub.
Tədbirdə çıxış edən müəllif T. Qasımov bildirib ki, "İman" poemasında vaxtı ilə respublikamızda baş verən ictimai- siyasi hadisələrdən, müstəqillik yoluna qədəm qoyan məmləkətimizin faciələrindən, namərd qonşumuz olan erməni vandallarının soydaşlarımıza təcavüzündən və iqtisadi problemlərdən yaxa qurtarması üçün xalqın inam və güvənc yeri Heydər Əliyevin el-obamızın, ağbirçək və ağsaqqallarımızın, ziyalılarımızın xahişi ilə Bakıya qayıdışından, Prezident seçilməsindən və bu gün onun siyasətinin uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətindən bəhs olunur.
Mərasimdə sənət adamları, ziyalılar, aktyorlar çıxış edərək kitabın məziyyətlərindən danışıblar.
Qeyd edək ki, redaktoru və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli olan toplu "Kitab evi" Yazarlar Birliyinin təşəbbüsü ilə çap olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB