Slovakiya da imtina etdi

Slovakiya İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsində iştirak etməyəcək. SİA-nın xəbərinə görə, artıq bununla bağlı ölkənin yayımçı televiziya kanalı olan "RTVS" Avropa Yayımları Birliyini (EBU) bu barədə məlumatlandırıb.

Qeyd edək ki, Slovakiya ilk dəfə 1994-cü ildə "Eurovision Song Contest"də təmsil olunub. 7 dəfə (1994, 1996, 1998, 2009, 2010, 2011 və 2012-ci illərdə) bu müsabiqədə iştirak edən ölkə bir dəfə də olsun qalib gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə