Bu gün Azərbaycanın xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
SİA-nın verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Dövlət Mədəniyyət Muzeyinin direktoru Alla Bayramova, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artisti Aybəniz Haşımova, yazıçı-publisist Mustafa Çəmənli, Bakı muzeylərinin nümayəndələri, Milli Konservatoriya, Bakı Musiqi Kolllecinin müəllim və tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimləri və şagirdləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbir xalq artisti Şövkət Ələkbərovanın ifasında görkəmli dünya şöhrətli dirijor və bəstəkar Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin müşayiti ilə "Qaragilə" mahnısı ilə başlayıb.
Mərasimi giriş sözü açan yazıçı-publisist Mustafa Çəmənli səbəbkarın yaradıcılığından danışaraq böyük insan olduğunu xüsusilə diqqətə çatdırıb.
Qeyd edək ki, tədbirin davamında Şövkət Ələkbərova ifasında lent yazıları nümayiş olunub və onun tələbəsi əməkdar artist Aybəniz Haşımovanın təqdim etdiyi materiallardan ibarət slayd-şou təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB