Film yekunlaşmaq üzrədir

"Salnamə" sənədli filmlər kinostudiyasında məşhur Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq Artisti Müslüm Maqomayevə həsr olunan 3 hissəli bədii-sənədli musiqili film üzərində iş yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, ekran əsərinin dekabrın sonlarında tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

"Sən mənim nəğməmsən", "Sadiq dostlar" və "Mavi dəniz" bölmələrindən ibarət ekran əsərinin çəkilişləri Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdə aparılıb. Filmi Müslüm Maqomayev haqqında üç novella da adlandırmaq olar. Hər bir bölməyə ayrı-ayrılıqda baxmaq mümkündür. Artıq filmin 2 hissəsi başa çatıb, üçüncü bölümün üzərində isə iş aparılır.

Qeyd edək ki, 1971-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Oxuyur Müslüm Maqomayev" ekran əsərinin rejissoru Tofiq İsmayılovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə