Azərbaycan Yunanıstan əməkdaşlığı

Azərbaycan Yunanıstan əməkdaşlığı

Azərbaycan Milli Kitabxanası ilə Yunanıstanın Milli Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, sənədi Azərbaycan və Yunanıstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Antonia Arahova imzalayıblar.

Sənədi imzalamaqda məqsəd kitab mübadiləsini və əməkdaşlığı genişləndirməkdir. Memorandum çərçivəsində qarşılıqlı sərgilərin keçirilməsi, informasiya mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə