4 ölkə “Eurovision”-dan imtina edib

4 ölkə “Eurovision”-dan imtina edib

Gələn ilin mayın 14-18-də İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsindən 4 ölkə imina edib. SİA European-a istinadən xəbər verir ki, Polşa və Portuqaliyadan sonra Yunanıstan və Kipr də "Eurovision-2013"-dən imtina ediblər.

Müsabiqədə iştirak Kiprə təxminən 150 min dollara başa gəlməlidir. Yunanıstan isə bu müsabiqədə yalnız bir dəfə qalib gəlib. 2005-ci ildə Yelena Paparizu "My Number One" mahnısı ilə Eurovision-da qalib gəlmişdi.

Yunanıstanda maliyyə və iqtisadi böhran çox ağır həddə çatıb. Portuqaliyada Avropa Birliyinin tələbi ilə həddən ziyadə ağır büdcə qənaəti ilə bağlı məsələlər müzakirə olunur. Polşa isə yayda keçirilmiş EURO-2012-dən hələ də özünə gələ bilməyib.

Polşa və Portuqaliya Eurovision-un tarixində bir dəfə də qalib gəlməyiblər.

İsveçdən verilən məlumata görə, "Eurovision-2013"-ün keçirilməsinə 83 milyon avro ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə