Ermənistanın işğalı nəticəsində mühasirədə qalan laçınlılar haqqında film çəkilib. SİA-nın məlumatına görə, 1992-ci ildə ermənilərin rayona hücumu zamanı mühasirədə qalan 19 nəfərin başına gələn hadisələr ekranlaşdırılıb. Filmin qəhrəmanı 19 nəfərdən biri olan Əli Əliyevdir. Ekran əsərində Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər olduğu kimi əks olunub. Filmdə 19 nəfər arasında yeganə qadın- Nübar Rzayevanın mühasirə zamanı üzləşdiyi dəhşətli anlardan bəhs edən fikirləri yer alıb. Bir ailənin timsalında millətin yaşadığı ağlasığmaz hadisələr, torpaqların itkisi ilə bərabər insanların aldığı psixoloji zərbələr də filmdə yer alan əsas məqamlardır. Azərbaycan dilində çəkilən sənədli film yaxın zamanlarda bir çox dillərdə tərcümə olunacaq.
"54 gün mühasirədə" sənədli filmin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film millət vəkili Nazim Fərəcovun təşəbbüsü ilə çəkilib.
Filmin təqdimatı dekabrın 6-sı, saat 15:00-da Park Bulvar-da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB