Qış fəslinin ilk günü Akademik Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçirilib. SİA-nın məlumatına görə, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri – Rusiyanın xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya ALLAŞ (Odetta-Odilliya) və Rusiyanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Aleksandr VOLÇKOV (Şahzadə Ziqfrid) ifa ediblər.
Tamaşa MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Birlik ölkələri arasında mədəni əlaqələrinin yaranması və möhkəmlənməsinə xidmət edib. Tamaşada Azərbaycan balet truppasının artistləri – Kamilla Hüseynova, Rimma İsgəndərova, Yelena Skomoroşenko, Yuliya Ferştandt, Səbinə Hacıdadaş, Nigar İbrahimova, Makar Ferştandt, Gülağası Mirzəyev, İslam İslamov və başqaları böyük uğurla çıxış ediblər. Tamaşanı xalq artistimiz Cavanşir Cəfərov idarə edib.
Tamaşadan sonra Böyük Teatrın prima-balerinası Mariya Allaş deyıb: "İlk dəfədir ki, Bakı səhnəsində çıxış edirəm və mənə gözəl şəhərinizdə çıxış etmək imkanı verildiyinə görə çox şadam. Sizin rəqqasların professional səviyyəsi məni sözün yaxşı mənasında heyrətləndirdi, çox gözəl balet truppanız vardır. Əgər bir daha bu səhnədə çıxış etmək təklifi alaramsa, bu təklifi məmnuniyyətlə qəbul edərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB