Azərbaycan Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Dubay mədəniyyət jurnalı"nda Azərbaycanla bağlı məqalə dərc edilib. "Azərbaycanın tarixi incəsənətin və ədəbiyyatın zənginliyi ilə seçilir" adlı məqalənin müəllifi BƏƏ-dəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovdur.
Bu barədə SİA-ya məlumat verən S.İmanovun sözlərinə görə, məqalədə Azərbaycanın bu gün gələcək nəsillər üçün beynəlxalq mədəni dialoqun və unikal missiyaların mərkəzi hesab edildiyi qeyd olunub: "Yazıda Azərbaycanın mədəniyyəti müxtəlif amillərlə xarakterizə edilir. Belə ki, Nizami Gəncəvi və Məhəmməd Füzuli Azərbaycanın ən görkəmli şairlərindən, Bəhruz Kəngərli və Hüseyn Əliyev isə ən məşhur rəssamlarından hesab olunur. Bütövlükdə, 3 səhifəlik məqalədə Azərbaycan mədəniyyəti və incəsənəti geniş şəkildə şərh olunur və onlar barədə ətraflı məlumat verilir".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB