Azərbaycan ilk dəfə təmsil olunduğu yarışmada 11-ci yeri tutdu
Ukrayna təmsilçisi, 10 yaşlı Anastasiya Petrik uşaqlar arasında "Eurovision-2012" mahnı müsabiqəsinin qalibi olub. Müsabiqənin saytına istinadən verilən məlumata görə, "Nebo" ("Səma") mahnısını ifa edən ukraynalı qız 138 bal toplayıb.
İkinci yeri Gürcüstan təmsilçiləri, ötən ilin qalibi "The Funkids", üçüncü yeri isə Ermənistanın "Compass Band" qrupu tutub.
Azərbaycan ilk dəfə təmsil olunduğu "Junior Eurovision" yarışmasında 11-ci yeri qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB