Xalq artistinin dəm qazı faciəsi

Xalq artisti Rafiq Əzimovun başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, aktyor dəm qazından zəhərlənib. Rafiq müəllim, bu gün səhər saatlarında yuyunmaq üçün hamama girib. 30 dəqiqədən sonra isə aktyoru vanna otağında huşsuz vəziyyətdə tapıblar. Onun yardımına həyat yoldaşı çataraq xəstəxanaya aparıb. Hazırda Rafiq Əzimovun səhhəti normaldır.

Qeyd edək ki, Rafiq Əzimov Milli Dram Teatrının aktyorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə