Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan Latviyanın Mədəniyyət İnformasiya Sistemləri Dövlət Agentliyinin direktoru Armans Magoni, "RİX Technologies" şirkətinin satış üzrə direktoru Martins Berzins və şirkətin əməkdaşı Eva Butanedən ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın verdiyi xəbərə görə, işgüzar şəraitdə keçən görüşdə kitabxanaların informasiya cəmiyyətində rolunun artması və vəzifələrindən söhbət açılıb, kənd kitabxanalarının müasir mərhələdə inkişafı, kitabxanaçıların bilik səviyyəsinin artırılması, bələdiyyə kitabxanalarının inkişafı və onların oxucu tələbatının ödənilməsində rolu barədə müzakirələr aparılıb.
Görüşdə Vaqif Əliyev Azərbaycanda kitabxana sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Azərbaycan və Latviya kitabxanaları arasında kitabxana - informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi görüşdə bir daha vurğulanmış və bu sahədə gələcək perspektivlər müzakirə edilib.
Qeyd edək ki, görüş zamanı muzey işi sahəsində əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB