“Mədəni irs sahəsində milli siyasət”

“Mədəni irs sahəsində milli siyasət”

Dekabr ayının 6-7 tarixlərində Gürcüstanın Tbilisi şəhərində Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın Gürcüstan Milli Komitəsinin (İCOMOS Gürcüstan) təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində "Mədəni irs sahəsində milli siyasət" mövzusu üzrə təlim proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanla yanaşı, Ukrayna, Norveç, Ermənistan və Gürcüstan tərəfindən nümayəndələr də iştirak edəcək. Layihədə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin əməkdaşı Əsnayə Şükürovanın və Qobustan Milli tarixi-bədii qoruğunun direktoru Məlahət Fərəcovanın iştirakları nəzərdə tutulub.

Qeyd edək ki, layihənin əsas məqsədi mədəni irsin idarə edilməsi prosesinin təkmilləşdirilməsi və inteqrasiya prosesinin Avropa İttifaqına üzv dövlətlərin standartlarına uyğunlaşdırılması istiqamətində əməkdaşlıq əlaqələnirini gücləndirməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə