VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı

VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı

2007-ci ildən etibarən Bakıda hər ilin dekabr ayında Rostropoviç Beynəlxalq Musiqi Festivalı keçirilir. SİA-nn verdiyi xəbərə görə, bu festival hər zaman maraqlı konsert proqramları və məşhur adlarla yadda qalır. Ötən illərdə festivalın iştirakçıları olmuş aşağıda adları sadalanan musiqiçilər və kollektivlər Rostropoviç Beynəlxalq Musiqi Festivalına əsl musiqi bayramı əhvalını bəxş edir: İsrail Filarmonik Orkestri, Flamand Operasının Simfonik Orkestri, Paris Kamera Orkestri, "Moskva solistləri" Kamera Ansamblı, Dmitri Yurovski (dirijor), İqnat Soljenitsın (dirijor), Lourens Foster (dirijor, ABŞ), Yaroslav Tkalenko (dirijor), Zubin Meta (dirijor), Maksim Vengerov (dirijor), Yuri Başmet (dirijor, viola), Rauf Abdullayev (dirijor), Teymur Göyçayev (dirijor), Qalina Vişnevskaya opera mərkəzinin solistləri, Murad Adıgözəlzadə (piano), Jan - İv Tibode (piano, Fransa), Eliso Virsaladze (piano), Rudolf Buchbinder (piano), Viktor Tretyakov (violin), Alyona Bayeva (violin), Yuri Reviç (violin), Pinchas Zukerman (violin).

Bu il Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 3-9 dekabr tarixində VI Rostropoviç Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir.

Qeyd edək ki, festivalda Rusiya, İtaliya, Böyük Britaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Zubin Meta, Enriko Dindo, Maksim Vengerov, Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil, Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Hoca Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, İngilis və Litva kamera orkestrləri, eyni zamanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə