Azərbaycanın xalq artisti Nəzakət Teymurova ömrünə bir gün qalmış nə etmək istədiyini dilə gətirib. Xanəndə SİA-ya açıqlaması zamanı bunları deyib: "Ömrümün sonuna bir gün qalsaydı doğulduğum Ağdam rayonunu gəzib gələrdim. Əgər insan ömrünün sonunadək boya-başa çatdığı doğma yurdunu görə bilmirsə, bu çox böyük bədbəxtlikdir. Torpağıma, elimə, yurduma bağlı olan sənətçiyəm. İnsanın vətənə sevgisi elə öz dünyaya gəldiyi elindən başlayır. Öz elini, yurdunu sevməyən insan heç vaxt vətənini sevə bilməz və şəxsiyyət kimi formalaşmaz. Hər zaman xəyal etmişəm ki, dünya gözü ilə doğma yurdumuz olan Qarabağı görə biləydim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB