İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasını tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB