Ceki Çan kinodan gedir

Milyonların sevimlisi olan məşhur aktyor Ceki Çan kinodan getmək qərarına gəlib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor bundan sonra həyatını xeyriyyəçiliyə həsr etməyi planlaşdırır.

Qeyd edək ki, Ceki Çan 12 yaşından kinolara çəkilir. O, karyerası ərzində bir dəfə də olsun pis rol ifa etməyib. "Dünyada heç bir məbləğdəki qonorar məni kinoda olsa belə, cinayətkar olmağa məcbur edə bilməz", - deyə Ceki Çan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə