“Dolu” filminin təqdimatı keçiriləcək

“Dolu” filminin təqdimatı keçiriləcək

Bu gün Sumqayıt şəhərində "Dolu" filminin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutacaq bu filmin nümayişində şəhərin icra başçısı Eldar Əzizovun da iştirakı gözlənilir. Filmin təqdimatı saat 15:00-da başlayacaq.

Qeyd edək ki, adıçəkilən film Aqil Abbasın "Dolu" romanının motivləri əsasında çəkilib. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə