Azərbaycan ədəbiyyatının intibah dövrünün parlaq nümayəndəsi, məhşur şairə Məhsəti Gəncəviyə həsr olunan "Məhsəti Gəncəvi - 900" mövzusunda elmi konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib.
Mərasim iştirakçıları əvvəlcə Məhsəti Gəncəvinin yaradıcılığından bəhs edən elmi və bədii əsərlərdən ibarət sərgi ilə tanış olublar. Daha sonra plenar iclasda Məhsəti Gəncəvinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq axtarışlarından, onun poetik fikrindəki bənzərsizliklərdən söz açıblar. Tədbir iştirakçılarının dediyinə görə, doqquz yüz ilə yaxın bir müddət ərzində şairənin əsərləri müxtəlif qaynaqlarda qoruna-qoruna bizə gəlib çatıb.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər ölkəmizdə dahi söz ustadlarının irsinin təbliğinə göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd edək ki, Məhsəti Gəncəvinin 900 illik yubileyinin təntənəli şəkildə keçirilməsinə ev sahibliyini Gəncə şəhəri edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB