İsveç Krallığının paytaxtı Stokholm şəhərində Yaqub Zurufçunun xeyriyyə konserti keçirilib. Bu barədə SİA-ya açıqlama verən Y.Zurufçu bildirib ki, konsertdən gələn gəlir Cənubi Azərbaycanın Vərzqan vilayətində baş verən zəlzələdən əziyyət çəkən soydaşlarımıza göndərilib: "Konsertin özəlliyi onda idi ki, quzey və güneyli tamaşaçılar bir araya gəliblər".
Məlumat üçün bildirək ki, canlı ifaları ilə tamaşaçıları heyran edən Yaqub Zurufçu səhnəyə qarmon ifaçısı Aftandil İsrafilov və onun qrupu ilə çıxıb. Azərbaycanın ən sevilən mahnıları - "Ana", "Ey Vətən", "Ayrılıq", "Təbriz" və digər mahnılar qürbətdə yaşayan həmvətənlərimizi göz yaşlarına qərq edib.
Qeyd edək ki, Yaqub Zurufçu bu missiyasını digər Avropa şəhərlərində də həyata keçirmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB