Fikrət Əmirovun 90 illiyi qeyd edildi

Azərbaycam Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, SSR xalq artisti, ictimai xadim Fikrət Əmirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, musiqişünas, sənətşunaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinova, Bakı muzeylərinin nümayəndələri, Bakı Musiqi Kolleci, media nümayəndələri və başqaları işirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova səbəbkar haqqında danışaraq onun kimi sənətkarın əvəzolunmaz olduğunu diqqətə çatdırıb: "Fikrət Əmirov dahi bəsətkar olub. Onun bəstələri təkrarolunmazdır. Fikrət Əmirov Azərbaycanda olduğu kimi digər ölkələrdə də məhşurdur".

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Bəstəkarkar İttifaqının sədri Firəngiz Əlizadə Fikrət Əmirovun əsərlərində xoş əhval-ruhiyyənin olduğunu deyib: "Fikrət Əmirova insana böyük hörmət edirəm. Ümumiyyətlə, Azərbaycanda üç dahi insan var ki, unutmaq olmaz. Onlar Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Qara Qarayevdir".

Qeyd edək ki, tədbirdə muzeyin materiallarından ibarət slayd-şou nümayiş olunub və bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə