Hər kəsi qorxuya salan 21 dekabr tarixi sənətçilərdən də yan keçmədi. Xalq artisti Nəzakət Teymurova dünyanın dağılması ilə yayılan şayiəyə münasibət bildirdi. Xalq artisti SİA-ya açıqlaması zamanı belə bir hadisənin olacağına inanmadığını dedi: "Həyatda risk etməyi sevən insanam. Ona görə də belə şayiələrə inanmıram. Allah yaxşı və pis nə göndərirsə biz onu normal qarşılamalıyıq. Yəni ki, Tanrının göndərdiyi şirinliyi və acılığı qəbul etməliyik. Bəlkə də şayiədir. İnsanları qorxutmaq istəyirlər. Ancaq mən 21 dekabr tarixində dünyanın dağılacağına inanmıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB