Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetarında Gənclərin II Ümumrespublika Teatr Festivalının açılış mərasimi keçirilir. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansının dəstək verdiyi layihənin rəhbəri millət vəkili Jalə Əliyevadır.
Tanınmış mədəniyyət və incəsənət xadimləri, millə vəkilləri və gənclərin qatıldığı açılış mərasimində festivalın himni səslənib.
Tədbirdə ilk olaraq 3 komanda çıxış edir. Ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna hərs edilən festivalın qiymətləndirmə mərhələsi dekabrın 1-dək davam edəcək. Qaliblərin adı isə festivalın sonuncu günü-noyabr ayının 30-da bəlli olacaq.
Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılıb, 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlanıb.
"Zibil düşüncə", "13 yaşlı qızın gündəliyi", "Eqoist", "Qoy nəfəs alım", "Zibilə düşdük", "Oksigen balonu" və s. tamaşalar nümayiş olunacaq.
"Bizə ideya lazımdır" devizi ilə keçirilən festivalın əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı problemləri çatdırmaqdır.
Festivalın builki mövzusunun yaranmasına Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan gəncliyinin bariz nümunəsi Leyla Əliyevanın 12 iyul 2011-ci ildə elan etdiyi yeni qlobal gənclər ekoloji kampaniyası - "Ətraf mühitin müdafiəsi fəaliyyətində beynəlxalq dialoq" zəmin yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB