"Gənclərin II Ümumrespublika Teatr Festivalının nümayiş etdirilməsində əsas məqsədimiz yaradıcı gəncləri düşündürmək idi. İstədik ki, gənclər vətənə olan qayğını, diqqəti bu layihə vasitəsi ilə bir daha sübut etsinlər və bunu səhnədən bütün ictimaiyyətə nümayiş etdirsinlər. Bunu SİA-ya millət vəkili Jalə Əliyeva Gənclərin II Ümumrespublika Teatr Festivalı tamaşalarının nümayişi zamanı bildirib.
Onun sözlərinə görə, builki ekologiya mövzusu çox aktualdır. Bu mövzu teatrla əlaqədar olmasa da gəncləri, həmçinin ətraf aləmi maraqlandıran və düşündürən bir problemdir: "Festival 2-ci dəfədir ki, keçirilir. Bu il də gənclərin sayı çoxluq təşkil edir. İnanırıq ki, bu nəticə bizi sevindirəcək".
Qeyd edək ki, "Gənclərin II Ümumrespublika teatr festivalı Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan – Amerika Alyansının dəstəyi ilə reallaşıb. Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam və Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən atrıq gənc qatılaraq 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlanıb. "Zibil düşüncə", "13 yaşlı qızın gündəliyi", "Ekosit", "Qoy nəfəs alım", "Zibilə düşdük", "Oksigen balonu" və s. tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB