Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış aktrisası Türkan Şorayla görüşüb. SİA-nın məlumatına görə, əvvəlcə Türkan Şoray Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı filmə baxıb. Film Fondun təhsil, səhiyyə sahələrində həyata keçirdiyi, mədəniyyətimizin inkişafına, milli mədəni irsimizin qorunmasına yönələn layihələrindən bəhs edir.
Sonra Mehriban xanım Əliyeva tanınmış aktrisa Türkan Şorayla görüşüb.
Azərbaycanın birinci xanımı türkiyəli məşhur sənətçini salamlayaraq onu Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda Türkan Şoraya böyük sevgi və hörmətlə yanaşıldığını söyləyib və onu "canlı əfsanə" adlandırdı. Mehriban xanım Əliyeva sənəti ilə dünyada məşhur olan Türkan Şorayla tanışlıqdan məmnunluğunu bildirib.
"Azərbaycana gəlməyi çoxdan arzulayırdım", - deyən Türkan Şoray bu arzusunun reallaşmasından özünü xoşbəxt hiss etdiyini söyləyib. Azərbaycana uzun illər əvvəl gəldiyini xatırladan tanınmış aktrisa kino sənəti ilə bağlı yeni nəşr edilən kitabını Mehriban xanım Əliyevaya təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB