Bu gün Muzey Mərkəzində "Gənc istedad - 2012" təsviri-incəsənət sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində "Gənc istedad - 2012" təsviri sənət müsabiqəsi iştirakçılarının əsərləri nümayiş etdirilir.
Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunmuş sərgidə 18-29 yaş arasında gənc rəssamların yalnız son bir ildə yaradılmış, çərçivəyə salınmış yeni əsərləri təqdim olunur.
Müsabiqənin qaliblərini münsiflər heyəti seçəcək. Hər bir nominasiya üzrə I, II və III yerlərin sahibləri müəyyənləşdiriləcək və onlara müvafiq olaraq 1000, 800 və 600 AZN məbləğində pulla mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB