Bakıda VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyini, M.Rastropoviç Fondunun birgə təşkilatçılığı ilə ilə ərsəyə gələcək festival dekabrın 4-dən 9-dək davam edəcək.
Festival çərçivəsində, dekabrın 8-9-da Heydər Əliyev Sarayında Maggio Musicale Fiorentino simfonik orkestri çıxış edəcək.
Qeyd edək ki, tanınmış drijor Zubin Metanın rəhbərliyi altında keçiriləcək gecələrdə F.Şubert, P.Xindemit, L.Bethoven, C.Verdi, A.Dvorjak və N.Rimski-Korsakovun əsərləri səsləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB