İstanbulda kinosevərlərə daha çox Şaban kimi tanınan aktyorun xatirəsinə həsr olunmuş möhtəşəm gecə keçirilib
İstanbulda türk kinosunun əfsanəsi, hamımızın Şaban kimi tanıdığı Kamal Sunalın xatirəsinə həsr olunmuş möhtəşəm gecə keçirilib. Kamal Sunalın sənətçi dostları onun haqqında xatirələrini danışıblar, Sezen Aksu isə gecənin sürpriz qonağı olub. Sezen Aksu Kamal Sunal üçün yazdığı və musiqisini bəstələdiyi mahnını ifa edib.
Gecədə Kamal Sunalın anası Sultan Sunal, həyat yoldaşı Gül Sunal, oğlu Ali və qızı Ezo da iştirak ediblər. Sezen Aksu ilə yanaşı, Cem Yılmaz, Zeki Alasya, Halit Kıvanç, Hülya Koçiyit, Yavuz Bingöl, Ali Ağaoğlu kimi tanınmış sənətçilər də iştirak ediblər. Şabanın filmlərindən parçalar da nümayiş etdirilib.
Kamal Sunalın həyat yoldaşı onun xatirəsini belə anıb: "Bilirəm ki, o, hamının Kamalıdır. Hamı böyük məmnuniyyətlə gəlib. Kamalın mənə hədiyyəsi şahanə bir həyatdır. İki dənə möhtəşəm övlad, çoxlu dost. Bir yerdə olduğumuz üçün çox xoşbəxtəm. Kamalın mənə yaşatmadığı bircə şey var, onu da mən bacara bilmədim deyə, təəssüflənirəm. Kamalla heç vaxt dalaşmadıq. Çünki Kamal dava etməyi sevmirdi. Mənə çox gözəl bir həyat yaşatdı" - deyə, Gül Sunal bildirib.
Tanınmış yumorist Cem Yılmaz isə gecənin qonaqlarını öz zarafatları ilə əyləndirib. Türk sinemasının tanınmış aktrisası Hülya Koçiyit isə Şabanı belə tərif edib: "O, öz fəlsəfəsi olan bir komediya aktyoru idi. Amma müxalif idi. Heç kim asanlıqla ona bir şeyi qəbul etdirə bilməzdi. Bir çox filmləri bizə dərs olub. Əzilən insanı oynayıb. Saflığı, mərhəməti, ağlı ilə həmişə qələbə çalan olub. Xalqın özününküləşib".
İbrahim Tatlısəs, Məltəm Cumbul, Şənər Şən kimi məşhurlar isə Şabanın xatirə gecəsinə video-konfrans vasitəsilə qatılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB