Yaponiyanın Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa bölməsinin müdiri Kunixiko Kavazunun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
SİA-nın verdiyi xəbərə görə, görüşdə GUAM və Yaponiya əməkdaşlığı formatında turizm sahəsində aparılan işlər, turizmlə əlaqəli sahələr üzrə keçirilmiş seminarlar və bu ilin ortalarında Yaponiya müxbirləri və turizm nəşriyyatçıları üçün təşkil olunmuş infoturun nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil etdiyi qurumun Azərbaycan turizm sənayesinin Yaponiya bazarında daha da fəal iştirakına maraqlı olduğunu qeyd edib. Bu istiqamətdə Yaponiya telekanallarında Azərbaycanın turizm potensialının yayımlanması, yapon dilində turist bələdçi kitablarının nəşri və yeni infoturun təşkil olunmasına dair planlarını qonaqların diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB