Cənab nazir kimi qəbul edib?

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş Katibi Viktor Tvirkunu qəbul edib. SİA-nın verdiyi xəbərə görə, görüşdə QDİƏT ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ə.Qarayev QDİƏT ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusilə qeyd edib. Nazir 2007-ci ildə QDİƏT-nin Mədəniyyət üzrə İşçi Qrupunun ilk iclasını xatırladıb və 2009-cu ildən etibarən isə Mədəniyyət və Turizm üzrə İşçi Qrupların birləşdirilməsindən sonra təşkilatla əməkdaşlıqda irəliləyişlərin olduğunu V.Tvirkunun diqqətinə çatdırıb. QDİƏT-nin Baş katibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirib. Ölkə rəhbərliyi tərəfindən humanitar sahədə əməkdaşlıq və bu istiqamətdə qarşıda duran məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsinə xüsusi diqqət ayrıldığını söyləyib. Söhbət əsnasında Ə.Qarayev təşkilata qeyri-neft sektorunda da layihələr və turizm sahəsində ekspertlər üçün treninqlər həyata keçirməyi təklif edib.

Qeyd edək ki, görüşün sonunda V.Tvirkun Ə.Qarayevə səmimi görüşə görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə