Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bişkekdə qırğız, rus və ingilis dillərində çap edilmiş kitablar parlamentin deputatına təqdim olunub
Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov bu qurumun təşəbbüsü ilə Bişkekdə Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı qırğız, rus və ingilis dillərində nəşr olunan kitabları Qırğız Respublikası parlamenti-Joqorku Keneşdəki Ar-Namıs fraksiyasının üzvü Tursunbay Bakir uuluna təqdim edib.
N.Məmmədov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətə həsr olunmuş, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son vaxtlar nəşr etdirdiyi kitabları və bir sıra digər nəşrləri T.Bakir uuluna təqdim edib.
T.Bakir uulu Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xatırladıb, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, türk dünyasının dahi siyasətçisinin ruhuna dualar oxuduğunu bildirib. Məmnunluqla bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr sürətlə inkişaf edir. Ölkəmizin iqtisadi inkişafından danışan deputat deyib ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütün MDB məkanında ən inkişaf etmiş ölkədir və bu uğurlar göz qabağındadır.
Qulu Kəngərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB