Məhşur aktrisa həyatını qələmə aldı

Məhşur aktrisa həyatını qələmə aldı

Türkiyənin tanınmış və sevilən aktrisası Türkan Şoray yaradıcılıq işləri barədə açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın yeni bacarığı üzə çıxıb. O, yazıçı kimi də özünü sınayıb. Türkan xanım "Kino və mən" adlı kitabını satışa çıxarıb. Xanım sənətçi yeni kitabı haqqında məlumat verib: "Hələ 14 yaşımda olarkən həmkarım İlker İnanoğlu ilə qarşılaşdığım məqamları gözümün önünə gətirib yazı yazmışdım. Ancaq "Kino və mən" kitabımın işıq üzü görməsinə səbəb isə həyatımda yaşadığım anları gözümün önündən keçirərək sizinlə bölüşmək istədim. Bir çox gənc aktyor olmaq istəyir. Məhz elə bu kitab da onlara yol göstərib, kömək etmiş olar. Adıçəkilən kitabın içində tək həyatım yox, bir çox şeylər var. "Kino və mən" kitabımın üz qabığına seçdiyim şəkil isə qızımın sevdiyi fotodur. Ümumiyyətlə kitabın içində yerləşdirilən görüntülər öz arxivimdəndir. Xüsusilə nəzərinizə çatdırım ki, keçmişimi qələmə alarkən çox duyğulanıram və pis oluram".

Bütün xəbərlər Facebook səhifəmizdə