“Dəbistan” jurnalı yenidən nəşr olundu

“Dəbistan” jurnalı yenidən nəşr olundu

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illiyi münasibətilə 104 ildən sonra "Dəbistan" jurnalının xatirə nömrəsini yenidən nəşr edib. SİA-nın verdiyi xəbərə görə, layihənin ideya müəllifi Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovdur.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi ilə nəşr edilən jurnalda materiallar oxuculara həm orijinalda, həm də yeni qrafika ilə təqdim edilib.

Qeyd edək ki, jurnal nəşr fondunun sədri, SAMF-ın sədri Musa Yaqubun ön sözü ilə başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə