Azərbaycanda istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı öz işinə başlayıb. SİA-nın məlumatına görə, toplantının açılış mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin məşhur aktrisası Türkan Şoray və italiyalının şöhrətli müğənnisi Robertino Lorettini işirak edib.
Baş nazirinin müavini açıqlaması zamanı bildirib ki, bu cür toplantılar gənclərin işkişafına müsbət təsir edəcək: "Dünyaca məşhur simaların gənclərimizə "master-klass" keçməsi sözün əsl mənasında bayrama çevrilməlidir. Bu cür dahi şəxsiyyətləri paytaxtımızda görmək qürur hissi verir. Ümid edirəm ki, 20-30 ildən sonra bu toplantıda iştirak edən yaradıcı gənclər dünyanı fəth edəcəklər və onların həyatında bu gün keçirilən tədbirin böyük əhəmiyyəti olacaq".
Azad Rəhimov da öz növbəsində qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan gəncləri üçün keçiriləcək "master-klass"larda Türkan Şoray və Robertina Loretti ilə yanaşı Anjela Karasyanova teatr və aktyorluq sənətindən Mariya İbrahimova isə kino və klipmeykerlik üzrə dərslər keçəcəklər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə toplantını mədəniyyət bayramı kimi qiymətləndirib: "Bu cür əfsanəvi şəxsiyyətləri salamlamaqdan qürur hissi keçirirəm. Gənclərimiz günü-gündən püxtələşir. Hər bir xalqı dünyada tanıdan onun idmançıları ilə mədəniyyət xadimləridir. Gənclərimizin peşəkar fəaliyyəti üçün bu toplantı çox önəmlidir. Biz gəncliyimizlə fəxr edirik".
Məşhur aktrisa Türkan Şoray da çıxışı zamanı gur alqışlarla qarşılanıb. O, Azərbaycanda olduğu üçün özünü xoşbəxt hesab etdiyini bildirib: "Dəvət üçün cənab Azad Rəhimova sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycanda uzun illər öncə olmuşam və bura yenidən gəlmək ən böyük istəyim idi. İstedadlı gənclərimizi bağrıma basıram. Əminəm ki, hər birinizlə dərs keçmək mənə xüsusi zövq verəcək".
Məşhur kino ulduzu bu gün saat 16.00-dan başlayaraq 2 saat ərzində əldə etdiyi nailiyyətləri Azərbaycanın istedadlı gəncləri ilə bölüşəcəyini deyib: "Ümid edirəm ki, onlara nəsə öyrədə biləcəm".
Aktrisa xalq artisti Yaşar Nurinin vəfatından kədərləndiyini bildirib və xalqımıza başsağlığı verib: "Yaşar Nuri böyük sənətkar idi. Allah ona rəhmət eləsin. Əzizlərinə isə səbr diləyirəm".
İtaliyanın dünya şöhrətli müğənnisi Roberto Loretti də öz növbəsində hər kəsi salamlayaraq Bakıda olmağından məmmunluq duyduğunu dilə gətirib.
Qeyd edək ki, 5 gün davam edəcək tədbir çərçivəsində Türkan Şoray, Robertino Loretti, Abbas Kiarostami kimi dünya şöhrətli sənətkarlar kino, foto, moda, klipmeykerliklə bağlı ustad dərsləri keçəcəklər.
Azərbaycandan isə Çingiz Abdullayev və Alim Qasımovun gənclər üçün "master-klass"lar təşkil edəcəkləri gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB