Ramiz Məlikov əməliyyat olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlikov cərrahiyyə əməliyyatı olunub. SİA-nın verdiyi xəbərə görə, əməliyyat noyabrın 24-də Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan Ramiz Məlikovun vəziyyəti sabit-ağır qiymətləndirilir. Aktyorun palataya nə zaman köçürüləcəyi hələ məlum deyil.

Qeyd edək ki, xalq artisti xeyli vaxt idi ürək ağrılarından əziyyət çəkirdi.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə