"Eurovision"-dan imtina edildi

Portuqaliya "Eurovision"-da iştirak etməyəcək. SİA-nın verdiyi məlumata görə Avropanın iqtisadi problemlərilə üzləşən Portuqaliya dövləti 2013-cü ildə "Eurovision" mahnı müsabiqəsində iştirak etməyəcəyini bildirib. Bunun səbəbini isə maliyyə sahəsində olan problemlərlə əlaqələndirib.

Xatırladaq ki, 2013-cü ildə keçiriləcək mahnı müsabiqəsi may ayının 14-18-də İsveçin Malmö şəhərində təşkil olunacaq.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə