Bu gün Uşaq Evləri və İnternat Məktəblərinin uşaqları arasında bədii-yaradıcılıq festivalı keçirilib.
SİA-nın verdiyi xəbərə görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, xalq artisti Nəzakət Teymurova, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, əməkdar artistlərdən Aygün Hümbətova və Xanım Qafarova, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov festival haqqında danışıb: "Festivalı keçirməyimizdə əsas məqsəd balaca balalarımıza kömək olmaqdır. Hər zaman istəmiş ki, onlar irəliyə gedərək gələcəyə dolğun vətəndaş kimi yetişsinlər. Hesab edirəm ki, bugünki festival maraqlı və şən keçəcək".
Mərasimdə daha sonra əməkdar incəsənət xadimi Nailə Mirməmmədli söz alıb: "Biz hər zaman balacalara yaxşı şeylər öyrətməyə çalışırıq və onlara dəstək oluruq. Münsiflər heyəti olaraq demək istərdim ki, balacalar bizim gələcəyimizdir. İnanıram ki, onlar sabahın layiqli övladları olacaqlar".
Nəzərinizə çatdıraq ki, tədbir keçirilməsinə əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası, uşaqların öz yaradıcı qabiliyyətlərinin nümayiş etdirilməsinə şərait yaratmaq və istedadlı uşaqları üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, uşaqların asudə vaxtlarını təmin etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdan ibarətdir.
Qeyd edək ki, mərasim balacaların çıxışları ilə davam edib.
Foto: Türkan Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB