Bakıda Mədəniyyət Festivalına start verilib. SİA-nın məlumatına görə, artıq hər cümə günü Park Bulvarda müxtəlif millətlərin maraqlı, müasir və qədim adət ənənələri ilə tanış olmaq imkanı əldə etmək olacaq. Bu layihə Azərbaycanda tolerantlığı yaymaq, millətlərin müxtəlifliyini göstərmək üçün Park Bulvar və AİESEC Azərbaycanın fəal gəncləri tərəfindən təşkil edilib.
Mədəniyyət Festivalı "Rusiya Günü" ilə açılıb. Rusiyanın adət-ənənələri, atributları, ədəbiyyatı, milli rəqsləri və incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanan hər bir kəs həm də müxtəlif müsabiqələrdə iştirak edib hədiyyə sahibi də oldu.
Qeyd edək ki, festivalda iştirak pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB