Noyabrın 24-də saat 13:00-da Şotlandiya milli musiqi ifaçıları Müqəddəs Endryu günü münasibəti ilə İçərişəhərdə yürüş keçirəcəklər. SİA-nın verdiyi xəbərə görə, yürüş Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsidir. Milli geyimlərdə olan Şotlandiya tuluq zurnaçıları öz ifalarını Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra İçərişəhərin küçələrindən keçərək Qız Qalasının yanında yekunlaşdıracaqlar.
Qeyd edək ki, Şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir. "İçərişəhər" Qoruğu İdarəsi paytaxt sakinlərini və qonaqlarını tədbirə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB