Daha bir dünya ulduzu Bakıda konsert verəcək
Konsert üçün biletlərin qiyməti 40-1000 AZN-dir
Altı dəfə Qremmi mükafatı laureatı, dünya şöhrətli müğənni Toni Braxton Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Sarayın mətbuat xidmətindən verilən xəbərə görə, iki gün davam edəcək konsert dekabrın 17-18-də baş tutacaq. Artıq satışda olan biletlərin qiyməti 40-1000 AZN arasındadır.
Qeyd edək ki, konsert Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində keçirilir.
Konsert dekabrın 17-də 20:00-da , dekabrın 18-də isə 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB