Xalq artisti həmkarının ölümündə kimi günahlandırdı ?

Xalq artisti həmkarının ölümündə kimi günahlandırdı ?

Azərbaycanın xalq artisti Valeh Kərimov həmkarı Yaşar Nurinin ölümünə səbəb olan insanın adını çəkib. SİA-ya açıqlama verən Valeh müəllim mərhumun ailəsinə baş sağlığı verib: "Həmkarım Yaşar Nurini artıq 2 ay idi ki, görmürdüm. Çünki tez-tez Türkiyəyə gedirdi. Görüşmək olmurdu. Əhvalını soruşduqda yaxşı olduğunu söyləyirdi. Ancaq heç də elə deyildi. Yaşar Nuri kimi insanlara xalq, dövlət qiymət versə də özləri-özlərinə dəyər vermirlər. Odur ki, ölümün də özünü günahlandırıram. O, öz qeydinə qalmırdı. Böyük sənətkarlar hər zaman özlərinə qarşı laqeyd yanaşıblar. Yaşarın sağlığında afişalarda onun adını görən hər kəs tamaşasına baxmağa gəlirdi. Ancaq indi Yaşarın ölüm xəbərini eşidən hər kəs ağlayır. Onu da deyim ki, bu məhəbbəti hamı qazanmır. Mən onu nadir sənətkar adlandırıram. Allah ruhunu şad eləsin. Ailəsinə, yaxınlarına və onu sevən tamaşaçılarına baş sağlığı verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə