Millət vəkili Qənirə Paşayeva dünyasını dəyişmiş xalq artisti Yaşar Nurinin vəfat etməsinə hələ də inanmadığını söyləyib. O, Yaşar Nuri kimi insanın əvəzolunmaz olduğunu xüsusilə diqqətə çatdırıb. SİA-ya açıqlama verən Qənirə xanım sənətkarın yaşama eşqinin böyük olduğunu dilə gətirib: "Yaşar Nurinin ölüm xəbərinə hələ də insanlar inanmır. Yaşar müəllim xəstəxanada olan vaxt baş çəkmişdim. Həmin ərəfələrdə Yaşar çox gümrah görsənirdi. Onda yaşama eşqi var idi. Ancaq yaşamaq və yaratmaq istəyirdi. Ölümü qəti düşünmürdü. Yaşar Nurinin içində o qədər sevgi var idi ki, xəstəliyə təslim olmurdu. Yəni, mənim son gördüyüm Yaşar Nuridə ölüm qorxusu yox idi. Azərbaycan xalqının tarixinə, kinosuna, teatrına adını qızıl hərflərlə yazdı. Yaşar Nuri kimi insan əvəzolunmazdır. Onun ən böyük üstünlüyü onda idi ki, o boş rol oynamadı. Hamısı insanları düşündürməyə çağıran rollar idi. Yaşar müəllim aktyorluqla yanaşı ziyalı biri idi. Bir sözlə, sənətinin vurğunu idi. Onu da xüsusi ilə qeyd edim ki, Rəhilə xanım və qızları çox böyük qayğı göstərirdilər ki, Yaşar Nuri yaşasın. Onu ancaq ruhlandırmağa çalışırdılar. Allah rəhmət eləsin. Qəbri nurla dolsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB