Firəngiz Mütəllimova göz yaşlarına boğuldu

Firəngiz Mütəllimova göz yaşlarına boğuldu

Azərbaycanın xalq artisti Firəngiz Mütəllimova mərhum Yaşar Nuri haqqında danışıb. SİA-ya açıqlama verən Firəngiz xanım göz yaşları içində onu heç vaxt unutmayacağını və səhnəyə bir daha Yaşar Nuri kimi aktyorun gəlməyəcəyini söyləyib: "Yaşar Nuri xəstəxanada yatan zaman ziyarətinə getmişdim. O söyləmişdi ki, özünü yaxşı hiss edir. Yaşar müəllim ancaq teatrla maraqlanırdı, gəlmək istəyirdi. Elə sonda da teatra gəldi. Həyat yoldaşı Rəhimə xanım mənə zəng edəndə ki, Yaşar rəhmətə gedib, bu sözə inanmadım. Ancaq həmin anda onunla birgə oynadığım tamaşalar, maraqlı günlərimiz gözümün önündən lent kimi gəlib-geçdi. Yaşar o qədər bacarıqlı sənətkar idi ki, hər bir insanın qəlbinə yol tapmağı bacarırdı. Ona hər zaman həsəd aparmışam. Hazırda inana bilmirəm ki, Yaşar Nuri bu gün həyatda yoxdur. Yaxşı sənətkarlarımızı itirə-itirə gedirik. Amma yaxşı ki, ürəyimizdə, qəlbimizda Yaşar Nuri yaşayır. Allah rəhmət eləsin!

Foto: Türkan Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə