Bu gün Azərbaycanla YUNESKO arasında mədəni əməkdaşlığın 20 ili münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə mədəniyyət və turizim naziri Əbülfəz Qarayev ölkəmizlə beynəlxalq qurum arasında əlaqələrdən danışıb.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda mədəniyyət sahəsində görülən işlərin sayı çoxdur: "Çünki Azərbaycanın adı bütün beynəlxalq aləmdə səslənir və ildən-ilə genişlənir. Sözsüz ki, YUNESKO-nun bu beynəlxalq təşkilatlar arasında öz yeri var. Hər kəs bilir ki, bu gün Azərbaycanla YUNESKO arasında əməkdaşlığın 20 illiyi tamam olur. Xüsusilə vurğulayım ki, bu əməkdaşlığın yaranmasında ölkənin birinci xanımı Mehriban Əliyevanın əməyi çöx olub. Mehriban xanım Azərbaycan mədəniyyətini, böyük layihələrin gerçəkləşməsinə köməklik göstərməklə yanaşı YUNESKO və digər təşkilatların xətti ilə xarici ölkələrdə Azərbaycanı tanıtmaq üçün bir çox işlər görür. Odur ki, bütün bunlar Azərbaycanın qədim zəngin mədəniyyəti tanıtdırmağa imkan verir. Bu gün YUNESKO ilə əməkdaşlıq edən Azərbaycan 20 ildə uğurlu layihələr həyata keçirib. Düşünürəm ki, bu əməkdaşlığın davamı olacaq. Hazırda Azərbaycan yeni layihəni başlanığıcındadır. Ümumdünya beynəlxalq forumların keçirilməsi nəzərədə tutulub. Nəzərinizə çatdırım ki, gələn il Azərbaycanda İSESKO-nun yubiley toplantısı keçiriləcək. Sözsüz ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsinə böyük əhəmiyyəti var. Hörmətli prezident bu cür tədbirlərin keçirilməsinə böyük dəstək verir. Fərmanlar və sərəncamlar imzalayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB