Beynəlxalq Poeziya və Teatr Müsabiqəsi

Beynəlxalq Poeziya və Teatr Müsabiqəsi

Gələn il İtaliyanın UNESCO üzrə Milli Komissiyası tərəfindən IX Castello Di Duino Beynəlxalq Poeziya və Teatr Müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, "Gələcək... dünyada yeri" mövzusuna həsr olunan müsabiqəyə ana dilində yazılan (ingilis, ispan, italyan və ya fransız dillərindən birinə tərcümə edilməklə) şeir və ya səhnə əsərləri təqdim oluna bilər. İştirakçılar əsərlərini [email protected] elektron ünvanına və ya poçt (Prof.Gabriella Valera Gruber adına, Via Matteotti 21, 34138, Trieste, İtaly) vasitəsilə göndərə bilərlər.

Fərdi işlər 15 dekabr 2012-ci il, müəllim və şagirdlərin birgə layihələri isə 7 yanvar 2013-cü il tarixinədək təşkilatçılara çatdırılmalıdır. Müsabiqədə iştirak etmək üçün yuxarı yaş həddi 30 yaş müəyyən edilib. Qaliblərə mükafatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə