Bu gün səhər saatlarında dünyasını dəyişən xalq artisti və Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri ilə vida mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək uzun illər unudulmaz rollarla səhnəsinə çıxdığı Akademik Milli Dram Teatrında baş tutacaq. Azərbaycanın əvəzolunmaz sənətkarlarından olan Yaşar Nuri son mənzilə məhz ən çox sevdiyi məkandan yola salınacaq.
Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 61 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB