Oktay Samirəyə “Ömrümün Gülşəni” deyəcək FOTO

Oktay Samirəyə “Ömrümün Gülşəni” deyəcək FOTO

Populyar meyxanaçılar Samirə və Oktay "Ömrümün Gülşəni" adlı səhnələşdirilən meyxanalarını sevənlərinə təqdim edəcəklər. SİA-nın məlumatına görə, konsert dekabrın 22-də Heydər Əliyev Sarayında baş tutacaq.

Konsert proqramının meyxanaçı qonaqları Elşən Xəzər, Mehman Əhmədli, Rəşad Dağlı, Vüqar Biləcərili və müğənni qonaqları Əməkdar artist Almaz Ələsgərova, Nüşabə Ələsgərova, Vasif Məhərrəmli, Ramal İsrafilov, Tunar Rəhmanov və "Qala" rəqs qrupu olacaq.

Meyxanaçıları səhnədə "Fərid" instrumental ansamblı müşayiət edəcək. Konsertin aparıcısı aktyor Rəhman Rəhmanovdur.

Qeyd edək ki, saat 19:00 başlayacaq konsertin biletləri 10-25 manata qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə